21.02.2023 10:33
Fevralın 20-də Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dosenti Orxan Qafarovun "Rusiya Siyasi Tarix Çalışmaları: Orta Əsrlər və Məsihçilik” mövzusunda seminarı keçirilib.
Orxan Qafarov məruzəsində Rusiyanın orta əsrlər tarixinin yazılmasında mövcud olan əsas cərəyan və istiqamətlərdən, onların görkəmli nümayəndələrindən məlumat vermişdir. Sovet və müasir Rusiya tarixşünaslığı arasında olan oxşar və fərqli cəhətləri qeyd etmişdir.
Daha sonra Tarix İnstitutunun İcraçı direktoru tarix üzrə fəlsəfə doktoru,dosent İlqar Niftəliyev, tarix elmləri doktoru, professor Tofik Mustafazadə, tarix elmləri doktoru, professor İradə Bağırova, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Rəhmanzadə məruzəçiyə suallar verərək mövzu ətrafında çıxış ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi