AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda Xocalı soyqırmının 31-ci ildönümü qeyd olunub

24.02.2023 15:04

Fevralın 24-də AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda  Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş  dəyirmi masa keçirilib.

İlk öncə Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  açan institutun icraçı direktoru,tarix üzrə fəlsəfə  doktoru, dosent  İlqar Niftəliyev tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. Xocalı soyqırımı XX əsr Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

 

Daha sonra tarix elmləri doktoru, professor  Mais Əmrahov, tarix elmləri doktoru, professor İradə Bağırova,tarix üzrə fəlsəfə doktoru, dosent  Cəbi Bəhramov,tarix elmləri doktoru,dosent Vaqif Abışov,tarix üzrə fəlsəfə doktoru,dosent Mübariz Ağalarlı geniş məruzələrlə çıxış ediblər. Çıxış edənlər tarixən erməni millətçilərinin  Azərbaycan xalqının başına gətirilən faciələrdən,  Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımdan danışıblar. Bildiriblər ki,  Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq olub. Natiqlər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin dünya çatdırılmasının vacibliyin vurğulayıblar.

                            

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: