AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda elmi təcrübəyə gələn tələbələrlə görüş keçirilib

28.02.2023 12:47

Fevralın 28-də AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda elmi təcrübəyə gələn Qərbi Kaspi Universitetinin  tarix fakültəsində təhsil alan tələbələrlə görüş təşkil olunub.

Tarix İnstitutunun baş direktoru Kərim Şükürov institutun yaranma tarixindən və görülən işlər haqqında tələbələrə məlumat verib.

Daha sonra elmi təcrübənin əhəmiyyətindən danışıb,tələbələrə tövsiyələr verib.

Sonra Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev çıxış edərək,tələbələrə təcrübənin mahiyyəti,həmçinin qaydaları ilə tanış edib.Təcrübə müddətində davmiyyət və nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Görüşdə təcrübə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,elmi təcrübə mart-aprel tarixlərini əhatə edəcək.

         

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

 

Paylaş: