05.04.2023 12:04
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadə Ukraynanın Xarkov Dövlət Pedaqoji Universitetinin Dünya tarixi fakültəsinin təşkil etdiyi IV «Şərq tədqiqatları.Aktuallıq və perspektivlər» adlı Beynəlxalq Elmi və metodoloji konfransda “Azərbaycan qazetində Ukrayna haqqında müəyyən xəbərlər (1918-1920 –ci illər)” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, məruzə konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi