AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşının məqaləsi Ukraynada dərc olunub.

07.04.2023 12:45

Kiyevin V.I.Vernadski adına Tavriya Milli Universitetinin Elmi Xəbərlərində (Tarix elmləri seriyası, № 1 2023) AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarovun “Refutation of allegations on “german fascism and armenian genocide” in the context of “soft power” terror” (“Alman faşizmi və erməni genosidi” iddialarının “yumşaq qüvvə” terroru kontekstində təkzibi”) adlı məqaləsi dərc edilmişdir. Erməniçi ictimai-siyasi düşüncənin geniş təbliğ etdiyi 24 aprel günü ərəfəsində çap olunmuş məqalədə “erməni genosidi” iddiaları “yumşaq qüvvə” terroruna qarşı mübarizə kontekstində təkzib edilir. Mövzuya aid baza faktlarının mənşəyi araşdırılır, imzasız qəzet məqalələrinə əsaslanan mövqelərə və həmin mövqelərə qeyd-şərtsiz istinadlara müqayisəli analiz üsulu ilə elmi münasibət bildirilir. XX əsrin 70-80-ci illərində bu mövzu ətrafında müəyyən elmi və elmi-kütləvi kitablar nəşr olunsa da, mövzu ilə bağlı konkret publisistik fakt və rəsmi sənədlərin qarşılıqlı analizi səviyyəsindən problemə münasibət bildirilməmişdir. Məqalədə elmi mövqe tarixçi C. Kirakosyanın bu mövzu ətrafında nəzəri şərhləri və istinadları ilə The New York Times və The Times qəzetlərinin 24 noyabr 1945-ci il tarixli saylarında dərc olunmuş müvafiq məqalələrdəki iddiaların Nürnberq məhkəməsinin rəsmi qəbul etdiyi "798 - PS" və "1014 - PS" nömrəli sənədlərlə müqayisəsi müstəvisində araşdırılır və erməniçi iddianın feyk faktlara əsaslandığı müəyyənləşdirilərək beynəlxalq nəzəri-ictimai fikirdə problem barədə obyektiv mövqenin formalaşmasına dəstək verilir.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: