20.04.2023 09:56
Aprelin 19-da AMEA A.A Bakıxanov adına Tarix İnstitutu və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa”nın maddi-mədəniyyət abidələri erməni vandallarının hədəfində” adlı dəyirmi masa keçirilib.
Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru,dosent İlqar Niftəliyev bildirib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində azad edilib və bu hadisə türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.İşğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi, o cümlədən tarixi abidələri dağıdılıb, şəhər viran qoyulub.
Dəyirmi masada t.e.d., prof. Mais Əmrahov – Məğlubiyyətdən zəfərə. II Qarabağ müharibəsində Şuşa zəfəri,t.ü.f.d., Arxeologiya və Antropologiya institutunun icraçı direktoru Zaur Həsənov. Füzuli royonu ərazisində kurqan abidələrində tədqiqatlar,t.e.d., prof. Arif Məmmədov. Qarabağın arxeoloji abidələrinin monitorinqi,t.ü.f.d., dosent Nigar Axundova -Şuşanın tarixi abidələri t.ü.f.d. Arxeologiya və Antropologiya institutunun elmi katibi, Akif Quliyev. Xocavənd və Füzuli rayonları ərazisində məhkəmə arxeologiyası və antropologiyası üzrə tədqiqatlar adlı məruzələrlə çıxış ediblər.
Tarix elmləri doktoru,professor Mais Əmrahov “Məğlubiyyətdən zəfərə. II Qarabağ müharibəsində Şuşa zəfəri” adlı məruzə ilə çıxış edib.Bildirib ki, Azərbaycan xalqının dövlətçilik və müstəqillik tarixində şərəfli bir səhifə olan 44 günlük Vətən müharibəsi zamanı böyük Zəfərə aparan yolda alda edilmiş möhtəşəm uğurlardan biri, heç şübhəsiz ki, Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Çünki məhz Şuşa şəhərinin erməni işğalından azad edilməsi Qarabağda aparılan müharibənin taleyini həll etdi, böyük və tarixi Zəfərin yolunu açdı. Bu şəhərin yenidən Azərbaycanın ayrılmaz parçasına çevrilməsi ilə bölgədə hərbi-strateji üstünlüyün ələ alınması da təmin edildi.
2020-ci il noyabr ayının 8-i Azərbaycan tarixinə Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi kimi yazıldı. Bu şərəfli və qürurlu tarix münasibətilə elə noyabr ayının 8-də Prezident İlham Əliyev avvalca Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi, tarixi qələbənin sevincini bölüşmək üçün Şəhidlər xiyabanından radio va televi ziya ilə Azərbaycan xalqına müraciət etdi: " Böyük fəxarət və qürur hissi ilə bayan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi ! Şuşa bizimdir ! Qarabağ bizimdir ! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi ! Şuşa indi azaddır ! Biz Şuşaya qayıtmışıq ! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-1 Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix abadi yaşayacaq. Bu bizim şanlı Qələba mizin, zəfərimizin günüdür ! Bu qələbəni biz döyüş meydanında qazandıq "
Noyabrın 10-da gecə imzalanmış Bəyanat Ermə¬nis¬tanın qeyd-şərtsiz təslim olduğunu dünyaya bəyan etməklə Azərbaycan “siviliza¬-siyaların toqquşmasından” qalib çıxdı, suverenliyi və ərazi bü¬tövlü-yünün toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini ka¬ğız üzə¬rindən gerçək həyata köçürdü. Noyabrın 8-i – Şuşanın işğaldan azad edildiyi gün, noyabrın 10-u isə Vətən mühari¬bə¬sinin başa çatdığı gün kimi Azərbaycan tarixinə düşdü.
Nigar Axundova “Şuşa mədəniyyət abidələri haqqinda” məruzəsi ilə çıxış edib. O vurğuladı ki, qədim tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağ bölgəsi Azərbaycanın tarixi coğrafiyasinin mühüm hissəsidir. Qarabağ bölgəsi Azərbaycan xalqının milli mədəniyyəti tarixində müstəsna yer tutur. Qarabağ milli klassik musiqinin vətənidir. Dünya musiqi sənəti xəzinəsini zənginləşdirən muğam, xalq mahnıları, aşıq musiqisi Azərbaycanın mədəniyyət xadimlərinin yaradıcılığında şərəfli yer tutur. Nəfis memarlıq abidələri - məscidlər, məbədlər, saraylar, alban xristian kilsələri, körpülər.türbələr,xanəgahlar, karvansaraylar və qalalar xalqımızın bədii mədəniyyətinin bir növ “genofondu”nu formalaşdıraraq onun zəngin irsini təşkil edir.
Müəllif, xüsusilə Şuşada bərpa işləri haqqında danışdı. Orada bərpa olunan memarlıq abidələri haqqında məlumat verərək onların şəkillərini göstərdi. Şuşada Vaqif Poeziya Günlərinin və Xarı Bülbül festivalının keçirilməsi ənənəsini bərpa olundu və bu il keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır ki “İşğalçılar tarixi abidələri dağıdaraq faktiki olaraq “mədəni soyqırımı” həyata keçiriblər”. Erməni terrorizminin sosial təhlükəsi ondan ibarətdir ki, o, bütün Azərbaycan türk dünyasına çox böyük maddi və mənəvi ziyan vurmuş, əsrlər boyu tikilib böyüdülmüş hər şey silinmişdir. verərək onların şəkillərini göstərdi. Şuşada Vaqif Poeziya Günlərinin və Xarı Bülbül festivalının keçirilməsi ənənəsini bərpa olundu və bu il keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır ki “İşğalçılar tarixi abidələri dağıdaraq faktiki olaraq “mədəni soyqırımı” həyata keçiriblər”. Erməni terrorizminin sosial təhlükəsi ondan ibarətdir ki, o, bütün Azərbaycan türk dünyasına çox böyük maddi və mənəvi ziyan vurmuş, əsrlər boyu tikilib böyüdülmüş hər şey silinmişdir.
Elmi seminarda iştirak edən tarix elmləri doktoru, professor Əsədulla Cəfərov çıxış edərək qeyd etdi ki, Qarabağ ərazisi Azərbaycanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Təsadüfi deyildir ki, dünya şöhrətli qədim insan düşərgələri olan çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrində aparılan tədqiqatlar zamanı arxeologiyanın müxtəlif dövrlərinə aid quruçay, qədim aşel, orta aşel, mustye, üst paleolit, mezolit, neolit, eneolit, tunc və antik dövrlərə aid zəngin maddi-mədəniyyət qalıqları tapılaraq tədqiq olunmuşdur. Erməni mafiyasına xidmət edən qüvvələrin 1988-ci ilin fevralından 2021-ci ilin sentyabrın 27-dək işğal altında saxladıqları Qarabağ ərazisində olan arxeoloji, memarlıq, tarixi abidələrimizə, eyni zamanda Qarabağın flora və faunasına sarsıdıcı ziyanlar vurmuş, nəticədə öz vandal hərəkətləri ilə Qarabağ ərazisini xarabalıqlara çevirmişlər.
44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad olunmuş ərazilərində hazırda quruculuq işləri davam etdirilir. Erməni daşnaklarının abidələrimizə vurduğu ziyanlar müəyyənləşdirilir. Əsas vəzifəmiz Qarabağda və o cümlədən Şuşa şəhərində erməni vandallarının vurduqları ziyanları elmi və hüquqi sübutlar əsasında sənədləşdirmək və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Elmlər Akademiyasında ayrı-ayrı mövzulara aid elmi-seminarların təşkil olunması ən aktual problem olaraq qalmaqdadır. Elmi-seminarlar elmin inkişafında ən mühüm amildir. Ona görə də Elmlər Akademiyasının bütün institutlarında elmi-nəzəri seminarların keçirilməsi məqsədəuyğundur deyə alim qeyd edib.
Daha sonra t.ü.f.d. Akif Quliyev "İŞĞALDAN AZAD EDİLMİŞ QARABAĞ ƏRAZİSİNDƏ MƏHKƏMƏ ARXEOLOGİYASI VƏ ANTROPOLOGİYASI ÜZRƏ TƏDQİQATLAR" adlı məruzə ilə çıxış edib.
Qeyd edib ki.13 iyul 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təşkil edilmişdir. Dövlət Komissiyana Dövlət Təhlükəsizlik Xidməti (DTX), Azərbaycan Respublikasının Prokurorluğu (Hərbi Prokurorluq), AMEA (AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu), Fövqalada Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyi (DİN), Səhiyə Nazirliyi, ANAMA, Müdafiə Nazirliyi (MN), BQXK (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. təşkilatlar daxil edilmişdir.
2022-ci ilin fevral ayında Xocavənd rayonu Edilli kəndi ərazisində insan skeletləri aşkar edilmişdir. Əraziyə ezam edilmiş AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntı işləri zamanı 7 skelet aşkar edilmişdir. İnstitutun antropoloqları, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyinin mütəxəssislərinin verdiyi rəyə görə bu skeletlər Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbiçiləridir. 2022-ci ilin noyabr ayında ekspedisiya Fizuli rayonunun Yuxarı Seyid Əhmədli kəndi ərazisində tədqiqat işləri aparmış və buradan 6 nəfərə aid insan skeletinin fraqmentləri aşkar edilmişdir.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi