AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı konfransda iştirak edib.

04.05.2023 10:24

03 may 2023-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər "adlı elmi-praktiki konfrans keçirilib.

Konfrans iştirakçıları öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirib.

Sonra Heydər Əliyev ilinə həsr olunmuş film nümayiş olunub.

Konfransda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d dosent Bəxtiyar Həsənov "Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi"adlı məruzə ilə çıxış edib.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: