07.05.2023 12:25
Mayın 5-də AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan tarixinin aktual problemləri ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirin mahiyyətindən danışıb. K.Şükürov zəngin tarixə malik olduğumuzu bildirib. Azərbaycan tarixinin daha dərindən araşdırılması, mövcud problemlərin aşkarlanması və gələcəkdə aradan qaldırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Daha sonra tarix elmləri doktoru, professor İkram Ağasiyev, tarix üzrə fəlsəfə doktoru,dosent Mübariz Ağalarlı,tarix üzrə fəlsəfə doktoru,dosent Kamran İsmayılıov çıxış edərək Azərbaycan tarixinin aktual problemləri ətrafında geniş müzakirələr aparıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi