10.05.2023 16:40
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri Xiyabana gələrək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftomoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.
Sonra Nazirlikdə ümummilli liderin yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov konfransda "Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyev fenomeni” mövzusunda əhatəli çıxış edib.
Qeyd edək ki, məruzə konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və 44 günlük Zəfər Yolu" sənədli filmi nümayiş olunub.