AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçi alimin məqaləsi nüfuzlu jurnalda nəşr edilib

12.05.2023 13:11

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əhməd Quliyevin “Giving What They Hold Dear”: Safavid Diplomatic Gifts to Venice” (“Venesiyaya göndərilmiş Səfəvi diplomatik hədiyyələri”) adlı məqaləsi (https://doi.org/10.1163/25891774-bja10079) nüfuzlu “Brill” nəşriyyatına məxsus “Diplomatica” jurnalında dərc edilmişdir. Sözügedən jurnal “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazalara daxildir.

Məqalədə Səfəvi-Venesiya diplomatik münasibətlərində hədiyyələr mübadiləsinin rolu və əhəmiyyəti, Səfəvi sarayından Venesiyaya göndərilmiş diplomatik hədiyyələr, onların növləri və rəmzi mənaları tədqiq edilir. Məqalə müəllifin Avropa Kommissiyasının “Horizon 2020” Mariya Skladovskaya Küri Fərdi Təqaüd Proqramı çərçivəsində Venesiyanın Ka’ Foskari Universitetində 2019-2021-ci illərdə həyata keçirmiş olduğu “SAFVEN-West meets East in Venice: Cross-cultural interactions and reciprocal influences between the Safavids and Venetians” layihəsinin nəticələri əsasında yazılmışdır.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: