AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elan

17.05.2023 11:44

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçiriləcək.

İclasın gündəliyi:

1. Raminə Məmməd qızı Hüseynlinin 5502.01- “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan və ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi

2. Könül Qabil qızı Əliyevanın 5503.02-“Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İrəvan quberniyasının İqdır (Sürməli) bölgəsində ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımları (XX əsrin əvvəlləri)” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi

İclas 26 may 2023-сü il tarixində saat 10.00-da konfrans zalında olacaqdır.

Arzu edənlər iştirak edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: