AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elan

19.05.2023 16:04

AMEA Tarix institutu tarixin nəzəriyyəsi, Azərbaycanın qədim dövr tarixi, Albaniya və Atropatena dövlətləri, VII-IX, IX-XI və XIII-XIV əsrlər tarixinin öyrənilməsi üzrə kadr potensialını gücləndirmək məqsədilə bu dövrlər üzrə elmi araşdırmalara marağı olan gənc bakalavr və magistrləri işə dəvət edir.

Müraciət edənlər tədqiqində çalışmaq istədikləri problem və ya dövrün tarixi qaynaqları, həmçinin xarici tarixşünaslıq üzərində işləmək üçün dil hazırlığına (ərəb, fars, ingilis və rus dillərindən biri ola bilər) malik olmalıdır. İmkan daxilində dünyanın müvafiq elmi mərkəzlərində mixi yazıların, qədim fars (pəhləvi) və qədim erməni (qrabar) dillərinin öyrənilməsinin təşkili də nəzərdə tutulur.

İşə qəbul institutun mütəxəssislərindən təşkil ediləcək müsahibə komissiyası vasitəsilə həyata keçiriləcəkdir.

Sizə Tarix institutunun tarixində yeni dövr açmaq şansı verilir!

Müraciətlər 2023-ci il iyunun 20 dək qəbul edilir.

Ünvan: AZ1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti 115, VI mərətəbə, otaq 604. Əlaqə telefonları: iş-539-36-72; mob.: 070 555 66 84. Koordinator Tarix institutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirovadır.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: