22.05.2023 12:19
Mayın 19-da AMEA Tarix İnstitutunun YAP ərazi partiya təşkilatı Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev-100” adlı tədbiri keçirib
Tədbiri giriş sözü ilə YAP ərazi partiya təşkilatının sədri Bəxtiyar Əhmədov açdı.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-təqdimat nümayiş etdirildi.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik tarixində rolu haqqında institutun icraçı direktoru İlqar Niftəliyev, gənclərin vətənpərvərlik tərbiyyəsində Ulu öndər Heydər Əliyevin rolu haqqında tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova çıxış etdi. Tədbirdə “Əliyevşünaslıq” şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov, “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Sənan Həsənov Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri " Heydər Əliyevin güclü dövlətçilik strategiyasının ideoloji əsasları" adlı məruzələrlə çıxış edərək Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsinin müstəsna əhəmiyyətindən danışdılar.
Tədbirdə YAP Yasamal rayon təşkilatının nümayəndəsi Vasif Nəbiyev və digər institutların partiya təşkilatlarının rəhbərləri iştirak etdi.
Daim vətənimizin, xalqımızın gələcəyini düşünən Ümummilli liderin əvəzsiz xidmətlərindən biri onun zamanı qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində Azərbaycanı uğurla idarə edən lider yetişdirməsi oldu. Azərbaycan xalqının təxminən otuz illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa ulu öndərin adı ilə bağlıdır. Hələ sovet illərində gələcəyə ünvanlanmış tale yüklü məsələlər öz əməli nəticəsini Qarabağ Zəfəri ilə verdi. Bu gün Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası Heydər Əliyev ideyalarının təntənəsidir.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi