AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb.

23.05.2023 10:23

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru,dosent Gülcamal Sadıxovanın “Şuşa şəhərinin tarixi (XIX – XX əsrin əvvəlləri)” adlı kitabı nəşr olunub.

Kitabın elmi redaktorları AMEA-nın muxbir üzvü,professor Mahmud İsmayılov, tarix üzrə fəlsəfə doktoru ,dosent Hacı Həsənov, rəyçilər tarix üzrə fəlsəfə doktoru ,dosent Vidadi Umudlu və tarix üzrə fəlsəfə doktoru ,dosent Ənvər Məmmədovdur.

Təqdim olunan kitab ilk dəfə 2004-cü ildə rus dilində işıq üzü görmüşdür.Həmin dövürdən keçən müddət ərzində davam etdirilən təqiqatlar nəticəsində elmi dövriyyəyə yeni sənəd və matriallar gətirilmiş,bununla da kitabın yeni nəşrinin hazırlanması zərurəti yaranmışdır.Kitabda Şuşa şəhərinin qısa tarixi oçerki verilir,sonra XIX-XX əsrin əvvəllərində şəhərin ərazisi,əhaləsi,inzibati-idarə sistemi,iqtisadi,ictimai-siyasi və mədəni həyatı hərtərəfli tədqiqat obiyekti olur.

Kitabdan Şuşa şəhərinin tarixi ilə maraqlanan tədqiqatçılar,həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Возможно, это изображение отрывной талон, картонный пакетик со спичками и текст

 

Paylaş: