26.05.2023 14:32
Mayın 26 -sı Raminə Məmməd qızı Hüseynlinin 5502.01- “Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan və ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə” mövzusunda və Könül Qabil qızı Əliyevanın 5503.02-“Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İrəvan quberniyasının İqdır (Sürməli) bölgəsində ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımları (XX əsrin əvvəlləri)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.