30.05.2023 15:37
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun “Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat” adlı kitabı nəşr olunub.
Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü,tarix elmləri doktoru professor İsmayıl Hacıyev, məsul redaktor tarix üzrə fəlsəfə doktoru ,dosent Hacı Həsənov, rəyçilər tarix elmləri doktoru ,dosent Nazim Məmmədov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Monaqrafiyada XX əsrin əvvəllərində Qarabağda cərəyan edən ictimai – siyasi proseslər,bölgənin inzibati-ərazi idarəetmə sistemi araşdırılır,arxiv sənədləri əsasında Qarabağın demoqrafik vəziyyəti ,aqrar münasibətləri,kənd təsərrüfatı və ədəbi mədəni həyatı təhlil edilir.
Kitaba mətnə informasiya dəstəyi verən foto – sənədlər daxil edilmişdir.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi