AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda iştirak edib

13.06.2023 11:24

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsinin nəzdindəki “Azərbaycanın tarixi demoqrafiyası” elmi qrupunun rəhbəri, t.ü.f.d., dosent İradə Malik qızı Məmmədova Türk Tarix Qurumu və Qafqaz Universitetinin 8-9 iyun 2023-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin Qars şəhərində təşkil etdiyi “93 müharibəsindən milli mücadiləyə Şərqi Anadolu: işğal, məzalim və qurtuluş” adlı beynəlxalq simpoziumuna TTK-nın müxbir üzvü olaraq xüsusi dəvət almış və simpoziumda “Arxiv sənədlərinə görə Şərqi Anadolu və Azərbaycanda ermənilərin türk və müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar və onun demoqrafik vəziyyətə təsiri” adlı məruzə ilə uğurla çıxış etmişdir.

Məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmış, simpozium zamanı TRT radioyaya 10 dəqiqəlik canlı müsahibə, TRT Word kanalının ingilis dilində yayınlanan “Xəbərlər”inə(http://share.interpress.com/.../video/trtworld20230609.mp4) mühasibə vermiş, həmçinin müsahibəsi 09.06.2023 tarixində “Daily Sabah”da ingilis (https://www.dailysabah.com/.../turks-armenians-suffered...) və türk dillərində dərc edilmişdir.

             

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: