AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Respublikasının tarixi coğrafiyası (1991-2021-ci illər)” kitabı çapdan çıxıb

21.06.2023 15:12

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan Respublikasının tarixi coğrafiyası (1991-2021-ci illər)” adlı kitab nəşr edilib.

Yeni nəşr institutun Azərbaycan Respublikasının tarixi şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb. Kitabın “Ön söz”ünün müəllifi və elmi redaktoru tarix elmləri doktoru, professor Mais Əmrahov, rəyçiləri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sadıqov, tarix üzrə fəlsəfə doktoru, dosent Sahibə Budaqova və iqtisad üzrə fəlsəfə doktoru, dosent Elmira Qocayevadır.

Kitabda Azərbaycan Respublikasının regionlarında həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasına əsaslanaraq qəbul edilmiş Dövlət proqramlarının icrası istiqamətində ölkəmizin sosial həyatında baş verən hadisələr, iqtisadi bölgələrin coğrafi mövqeyi, sərhədləri, torpaqlarının qısa təsnifatı, təbii sərvətlər, əhali və milli tərkib, yaşayış məskənləri (işğaldan əvvəlki və işğaldan sonrakı adı), maddi mədəniyyət abidələri, 44 günlük Vətən müharibəsindən sonra tarixi-coğrafi ərazilərdə baş verən inzibati-ərazi dəyişiklikləri faktlarla göstərilib.

Təqdim olunan kitab Azərbaycan Respublikasının tarixi coğrafiyasının nəşrində ilk təşəbbüs olub, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Müəlliflər kollektivi kitabın hazırlanması prosesində dəyərli məsləhətlər verən A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor K.Şükürova, institutun icraçı direktoru İ.Niftəliyevə, Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşı Y.Bəhramova, Azərbaycan Respublikasının tarixi şöbəsinin baş laborantı T.Gözəlovaya minnətdarlıqlarını bildirirlər

Paylaş: