AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı Beynəlxalq konqresdə iştirak edib

05.07.2023 10:22

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin a.e.i., t.ü.f.d., dos. Aypara Rüstəmova Tatarıstan Respublikasının Nazirlər Kabineti, Tatarıstan Respublikası Elmlər Akademiyası, Tatarıstan İqtisadiyyat Cəmiyyəti, «Проблемы современной экономики» Avrasiya Beynəlxalq elmi-analitik jurnalı və Kazan Fedeal Universitetinin təşkilatçılığı ilə 29 iyun-30 iyun 2023-cü il tarixlərində Kazan şəhərində keçirilən “Avasiya inteqrasiyası-2023” IV Kazan Beynəlxalq konqressində iştirak edib.

A.Rüstəmova konqresdə “Azərbaycan Respublikası və Rusiya Federasiyası əlaqələrinin tarixşünaslığı Rusya nəşrlərində” adlı məruzə ilə iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: