AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

07.07.2023 12:39

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu və Qazaxıstanın Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Memorandum birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanmasını və həyata keçirilməsini, elmi konfransların, seminarların, simpoziumların təşkil edilməsini, birgə elmi əsərlərin hazırlanmasını və nəşr edilməsini, eləcə də hər iki elmi müəssisənin alimlərin mübadiləsini və elmi ezamiyyətlərin həyata keçirilməsini özündə əks etdirmişdir.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: