10.07.2023 14:44
AMEA Tarix və Etnologiya institutu həm tarixi biliklərin təbliği, həm də tarixçi-mütəxəssislər, tarix müəllimləri, universitetlərin tarix fakültələrinin tələbələri və tarixsevərlərin kitabxanasının daha da zənginləşdirilməsi məqsədi ilə institutun son illərdə nəşr etdirdiyi bəzi kitabların oxuculara hədiyyə edilməsi barədə 25 iyun 2023-cü ildə məlumat vermişdir.
Çox sevindirici haldır ki, bu məlumat qeyd edilən dairələrdə geniş marağa səbəb olmuşdur. Müəyyən edilmiş vaxt ərzində (3-7 iyul 2023-cü il) 70-dən çox şəxs siyahıda göstərilən kitablardan əldə edilməsi üçün instituta müraciət etmişdir. Bütün müraciətlər qəbul edilmiş və müəyyən edilmiş qaydada rəsmiləşdirilmişdir. Hazırda müraciətlər üzrə kitabların komplektləşdirilməsi həyata keçirilir. Müraciət edən hər bir şəxs 17-21 iyul arasında istədiyi kitabları hədiyyə olaraq institutdan ala biləcəkdir.
İnstitut tərəfindən həyata keçirilən bu aksiyanın əhəmiyyəti əsas götürülərək onun davam etdirilməsi nəzərdə tutulur. Növbəti aksiyalarda kitabların PDF variantlarının da təqdim edilməsinə üstünlük veriləcəkdir.
AMEA Tarix və Etnologiya institutunun İctimaiyyətlə əlaqələr şöbəsi