AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşları elmi-etnoqrafik ezamiyyətdə olublar

14.07.2023 15:10

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun " Tarixi etnoqrafiya " şöbəsinin əməkdaşları tarix elmləri doktoru, dos. İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktoru, dos. Tahir Şahbazov, tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadə, tarix üzrə fəlsəfə doktoru Nigar Coşkunsu 04-13 iyul 2023-cü il tarixlərində Ordubad rayonunda elmi-etnoqrafik ezamiyyətdə olublar.

Səfər müddətində Ordubad şəhəri və kəndlərində (Əylis, Kotam, Nüsnüs, Vənənd, Aza, Vələver, Gənzə, Düylün, Dırnıs, Sabirkənd (Sabirdizə), Dəstə) maddi-mədəniyyət abidələrini qeydə almış, yaşlı nəslin nümayəndələri arasında etnoqrafik sorğular keçirmişlər.

Tədqiqat zamanı əhalinin təbii və mexaniki hərəkəti, ənənəvi təsərrüfat sahələri və onların hazırkı vəziyyəti, sosial-iqtisadi proseslərin, qloballaşmanın gündəlik məişətə təsiri, dinə və dini inanclara münasibət, ənənə və müasirlik, maddi və mənəvi mədəniyyət sahələrində transformasiyalar və s. məsələləri araşdırmışlar.

Etnoqraflar Ordubad - Cənubi Azərbaycan, Ordubad - Qərbi Azərbaycan tarixi-mədəni əlaqələri mövzusunda məlumat toplamışlar.

Tədqiqatın nəticələri göstərir ki, zəngin tarixi-mədəni ənənələri və geniş turizm potensialı olan Ordubadın şəhər mədəniyyəti etnoqrafik aspektdən yenidən yazılmalı, şəhərin qoruq statusu təmin olunmalıdır.

                   

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: