17.07.2023 14:20
Keşikçidağ və Avey dövlət tarix-mədəniyyət qoruqlarının ərazilərini gəzmiş, o cümlədən Ağstafa rayonunun Dağ Kəsəmən və Poylu, Qazax rayonunun Ağköynək, Daş Salahlı və Yuxarı Salahlı kimi epiqrafik yazılarla zəngin olan kəndlərində olmuş, məscid, məqbərə, türbə, körpü, stela tipli ənənəvi məzar daşları üzərindəki kitabələri, xarakterik mətnləri yazıya almış, onların ölçülərini və koordinatlarını götürmüş, fotoşəkillərini çəkmişdir.
XVIII-XX əsrin əvvəllərini əhatə edən bu epiqrafik mətnlər bölgənin etnik, siyasi, mədəni tarixinə dair əsaslı elmi material verir. Əməkdaşımız ezamiyyət dövründə Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, dini məkanın yaxınlığında tapılan, qədim dövrə aid mis camın üzərində naməlum yazı aşkarlamışdır. İsmayıl Umudlu yazının surətini götürmüş və onun alban əlifbasının qrafemləri ilə həkk olunmasını müəyyən etmişdir. İlkin tədqiqatlar bölgə epiqrafikasının etnogenetik aspektdən tədqiqinin böyük əhəmiyyətini göstərir, mis cam üzərində aşkarlanan yazı isə alban əlifbası ilə mətnlərin məhdud kolleksiyasına aid yeni bir element kimi qiymətləndirilə bilər.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi