28.07.2023 11:12
AMEA Tarix institutunda ²Azərbaycan tarixi erməni publisistikası və tarixşünaslığında: təhriflər və həqiqətlər (Azərbaycan tarixçilərinin resenziyaları əsasında)² adlı kitabın elektron variantı hazırlanmışdır.
Kitabın ön sözünün müəllifi və tərtibçisi institutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovdur. ²Ön söz²də qeyd edilir ki, ²erməni tarixi publisistikası və tarxşünaslığı Ermənistan tarixi ilə paralel Azərbaycan tarixinin bütün fundamental problemlərini də tədqiq, əslində təhrif etməyi, eyni zamanda, həmin problemlərin Azərbaycan üzrə görkəmli tədqiqatçılarını hədəfə çevirməyi özünün əvəzedilməz vəzifəsinə çevirmişdir². Azərbaycan tarixçiləri bu məsələlərə ayrı-ayrı tarixi problemlərin öyrənilməsinə dair tədqiqatlarının tarixşünaslıq hissəsində, o cümlədən xüsusi olaraq, resneziyalar vasitəsilə tutarlı cavab verirlər.
Tarixşünaslıqda ilk dəfə olaraq, Azərbaycan tarixçilərinin erməni təhrifçiliyinə qarşı yönəlmiş resenziyaları tədqiqat obyekti olmuşdur. Akademik Ziya Bünyadov, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət, tarix elmləri doktoru Mikayıl Heydərov və digər müəlliflər tətəfindən yazılmış on dörd belə resenziya bir araya gətirilmişdir. Bu resenziyalar həm nəşr tarixi, həm də tematikasına görə, təsinif edilmişdir. Müxtəlif vaxtlarda nəşr edilmiş bu resenziyaların toplu şəklində hazırlanması erməni saxtakarlığına tutarlı cavab olmaqla birgə, Azərbaycanın tarixinin Albaniya (Qafqaz) dövründən başlanmış son dövrədək olan tarixinin fundamental problemləri üzrə də müəyyən elmi məlumatlar almağa kömək edir.
İctimaiyyətlə əlaqələr şöbəsi