AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb

31.08.2023 11:44

AMEA A.A.Bakxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Şahbaz oğlu Şərifovun “Erkən Xilafət dövründə Azərbaycanda ictimai-siyasi və mədəni həyat” adlı monoqrafiyası nəşr olunmuşdur.

Monoqrafiyanın tədqiqində müəllif tərəfindən daha çox ərəbdilli və farsdilli mənbələrə istinad edilmişdir. Ərəbdilli, farsdilli mənbələrə, eləcədə türkdilli, rusdilli, ingilisdilli ədəbiyyatlara müraciət edən müəllif, Erkən Xilafət dövründə Azərbaycanda baş verən önəmli hadisələri geniş şəkildə tədqiqata cəlb etmişdir. Monoqrafiyada ərəb istilası ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət, Sasanilərin farsdilli əhalini Azərbaycan ərazilərinə köçürməsi, Erkən Xilafət dövründə Azərbaycanda inzibati idarəçilik üsulu, torpaq və vergi siyasəti, islamın maddi-mənəvi mədəniyyəti, islamiyyətin Azərbaycan ədəbiyyatına təsiri, Erkən Xilafət dövründə Azərbaycan şəhərləri və onların inkişafı, ərəb qəbilələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi və s. mövzular haqqında ətraflı məlumat verilir.

 Kitabdan tarixçilər, şərqşünaslar, Azərbaycan tarixinin Ərəb Xilafəti dövrü ilə maraqlanan elmi işçilər, tələbələr, həmçinin geniş oxucu auditoriyası faydalana bilər.

 İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: