AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Xankəndinin ermənilər tərəfindən tamah məqsədilə dağıdılan yol infrastrukturu - ARAŞDIRMA

04.09.2023 14:59

Bu gün ermənilərin öz ata-baba yurdu kimi təbliğ etdikləri Azərbaycanın Xankəndi şəhəri ərazilərindəki bütün növdən olan mədəni dəyərlər, tarix və mədəniyyət abidələri, monumental qurğular, yaşayış evləri, saraylar eləcədə, 1992-1998-ci illərdə Xankəndi şəhəri ərazisindəki yol infrastrukturu və nəqliyyat sistemi ermənilər tərəfindən xüsusi qəddarlıq və vəhşiliklə dağıdılıb. O zaman sual oluna bilər, əgər bütün bunlar sizin idisə niyə dağıdırdınız?

Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Azərbaycanın Xankəndi şəhərinin ayrı-ayrı bölgələrində yol infrastrukturuna və nəqliyyat sisteminə vurulmuş zərərlər dərindən və hərtərəfli təhlil olunmalıdır. Ermənistan və onun havadarlarının hazırda Azərbaycana qarşı istifadə etdikləri şantaj və qarayaxma kompaniyaları qarşılığında Qarabağ İqtisadi rayonunun, xüsusən də Xankəndi şəhərinin yol infrastrukturuna və nəqliyyat sisteminə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı aparılan araşdırmalar həm siyasi və həm də iqtisadi mənada xüsusi əhəmiyyət kəsb edə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Xankəndidə olan nəqliyyat təsərrüfatlarının torpaq sahələri separatçı qurumun rəhbərləri tərəfindən özəlləşdirilib. Xankəndi Yük Avtonəqliyyat Müəssisəsinin qarajları, idarə binaları, sexləri, qaraj avadanlıqları, yanacaqdoldurma aparatları, yanacaq çənləri və avtonəqliyyat vasitələri mənimsənilib. Xankəndi Dəmiryol şəbəkəsinə aid, dəmir yolu vağzalı, dəmir yolu xətti, dəmir yolu körpüləri, depolar vəhşicəsinə dağıdılıb, vaqonlar, dəmir yolu reysləri isə İranın İsfahan şəhərindəki metallurgiya zavoduna ucuz qiymətə satılıb.

 

Xankəndi Dəmiryol Vağzalı - 1978-ci il

Xankəndi Dəmiryol Vağzalı - erməni işğalından sonra

 

Faiq İsmayılov qeyd edib ki, Xankəndi Dəmiryolu Stansiyası 1927-ci ildə yaradılıb. Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı.

1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə də öz mənfi təsirini göstərdi. Belə ki, Qarabağın erməni separatçıları Xankəndidəki Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşən bütün sənaye, kənd təsərrüfatı və xidmət müəssisələrini, o cümlədən avtovağzal binasını və dəmir yolu stansiyasını söküb dağıdır, əldə etdikləri qənimətləri xaricə daşıyaraq orada özlərinə mülklər alır, biznes qururdular.

Ermənilər işğal etdikdən dərhal sonra Xankəndi Dəmiryol Vağzalını görünməmiş bir vəhşiliklə dağıtdılar. Vağzalın inventar və avadanlıqları müxtəlif şəxslər tərəfindən mənimsənildi. Erməni barbarlığının nəticəsində dəmiryol vağzalının ərazisi böyük bir xarabalığa çevrildi.

Xankəndi Dəmiryol Vağzalının ən son görüntüləri

Faiq İsmayılovun sözlərinə görə, 1992-ci ildə Xankəndi şəhərinin yol infrastrukturu və nəqliyyat sistemi ermənilər tərəfindən tamah məqsədilə dağıdılıb. Erməni barbarlar tərəfindən tam istifadəsiz vəziyyətə gətirilən Xankəndi Dəmiryol Vağzalı, Bərdə-Xankəndi dəmir yolu xətti, 30 il öncə etnik təmizləməyə məruz qalan azərbaycanlı sakinlərinin yolunu səbirsizliklə gözləyir.

Paylaş: