AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq indeksli jurnalda çap edilib

06.09.2023 11:46

Tarix İnstitutunun əməkdaşı Nigar Camalovanın məqaləsi “Review of Armenian Studies” adlı beynəlxalq indeksli (EBSCO və TÜBİTAK/ULAKBİM) jurnalın 47-ci nömrəsində (2023-cü il buraxılışı) çap edilib. İngilis dilində nəşr edilən və “Ermənistan Respublikasının ərazi iddialarına qarşı Azərbaycan hökumətinin diplomatik fəaliyyəti (1918-1920)” adlanan məqalədə 1918-1920-ci illərdə Ermənistan Respublikasının Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları, bu iddiaların beynəlxalq səviyyədə müzakirəyə çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin məsələyə münasibəti və diplomatik fəaliyyəti araşdırılmış, maraqlı nəticələr əldə edilmişdir. Məqalədə qeyd edilir ki, Azərbaycan hökuməti 1918-1920-ci illərdə ərazi mübahisələrinin həlli ilə bağlı əsasən 3 istiqamətdə diplomatik fəaliyyət göstərirdi: 1.Xarici ölkələrin Cənubi Qafqazdakı nümayəndələri ilə yazışmalar və görüşlər; 2. Ermənistan dövləti ilə ikitərəfli yazışmalar və görüşlər; 3. Beynəlxalq arenada – Paris sülh konfransında mübarizə.

Məqalədə həmçinin vurğulanır ki, müasir dövrdə ekspansionist siyasət kimi qiymətləndirilən erməni hakim dairələrinin ərazi iddiaları Ararat (Ermənistan) dövlətinin yerli Azərbaycan xalqına qarşı soyqırımı, etnik təmizləmə və AXC ərazisinə hərbi müdaxiləsi ilə müşayət olunurdu.

Məqalənin tam mətni ilə qeyd edilən jurnalın veb səhifəsində tanış ola bilərsiniz:

https://dergipark.org.tr/en/pub/ras/issue/79094/1332401...

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: