AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb

14.09.2023 13:35

AMEA A.A.Bakxanov adına Tarix İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışovun “Güney Azərbaycanlıların milli-azadlıq hərakatı (1941-1946-cı illər ) tarixinin tarixşünaslığı”adlı monoqrafiyası nəşr olunmuşdur.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli, rəyçilər tarix elmləri doktoru ,professor İsmayıl Musa və tarix üzrə fəlsəfə doktoru,dosent Səməd Bayramzadədir.

Təqdim olunan monoqrafiyada , İranda Azərbaycan türklərinin milli –azadlıq hərakatının (1941-1946 – cı illər) tarix ilə əlaqədar,əsasən Güney Azərbaycanlıların Milli Hökumətinin üzvlərinin və digər soydaşlarımızın yazmış olduqları əsərlər,eləcədə sovet,çağdaş Azərbaycan və Rusiya tarixşünaslığı təhlil olunur.

Monoqrafiya Azərbaycanın ən yeni tarixini araşdıranlar ,müəllim və tələbələr,həmin illərin siyasi-tarixi hadisələri ilə maraqlananlar,eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: