25.09.2023 15:02
Seminarı açılış sözü ilə Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, professor İlqar Niftəliyev çıxış edərək keçirilən seminarın günümüzün aktual bir probleminə həsr edildiyini vurğulayıb. Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsi anında böyük regional və ümumdünya miqyaslı problemlərin həllində ölkəmizin özünəməxsus qlobal uğurlarından danışmışdır.
TTF-in həyata keçirdiyi layihənin rəhbəri İbrahim Əliyev çıxışında Rusiya imperiyasının Cənubi Qafqazda reallaşdırdığı köçürmə siyasətinin mahiyyətinə, onun hədəflərinə və nəticələrinə diqqət yönəltmiş, bu siyasətdə erməni amilinin oynadığı rolu bur daha əyani şəkildə, konkret faktlarla işıqlandırmışdır. O, xüsusi olaraq göstərmişdir ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və dövlət quruluşundan asılı olmayaraq dönmədən aparılmış, Rusiya İmperiyası, Sovet dövləti və hazırkı Rusiya Federasiyasının siyasətində elə bir ciddi fərq olmamışdır. Ermənilərin türklərə, o cümlədən Azərbaycana, onun maraqlarına, mədəni irsinə qarşı törətdiyi saxtakarlıqlarının və dağıdıcılıq fəaliyyətinin ən intensiv dövrü son yüzilliyə, xüsusilə Sovet dövrünə təsadüf edir. Erməni köçü başlandığı zamandan bir neçə mərhələdən keçmişdir. Azərbaycan torpaqlarına köçürülən bu əhaliyə münbit şərait yaradılmış, onları imperiyanın dayaqları kimi möhkəmləndirmişlər. Sovet dövründə erməni köçü daha amansız formada həyata keçirilmişdir. Müasr dövrdə millətçiliyə söykənən siyasət öz son həddinə yaxınlaşır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarına və mədəniyyətinə sahib çıxmaq ehtiyacı məsələni daha da aktuallaşdırır.
Seminarda çıxış edən tarixçi alimlər Hacı Həsənov, Elçin Qarayev, Ziyad Əhmədov məsələnin müxtəlif aspektlərinə diqqət yetirmiş, mütəxəssis düşüncələrini bölüşüblər.
İctimaiyyətlə əlaqələr şöbəsi