AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşının məqaləsi xarici jurnalda çap olunub

26.09.2023 10:57

AMEA Tarix İnstitutunun Azərbaycanın Beynəlxalq əlaqələri tarixi şöbəsinin elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə Mustafazadənin Ukraynanın Web of science indeksli ,“Sxindoyevropeyski istoriçniy visnik” jurnalında “Azərbaycan Xalq Cümhuriyyəti ilə Ukrayna Xalq Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasının təşəbbüsü” adlı məqaləsi ukrayna dilində çap olub.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti və Ukrayna Xalq Cümhuriyyəti arasında (1918-1920) dostluq münasibətləri təhlil edilmişdir. Yüsif Vəzirovun və ukraynalı konsul Vasil Kujimin fəaliyyəti haqqında müəyyən məlumatlar var. Azərbaycan və Ukrayna tarixçiliyində ilk dəfə olaraq iki dövlətin diplomatik münasibətlər qurulması üçün cəhtləri araştırılmışdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: