29.09.2023 13:32
Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunda Kamran Novruz oğlu İsmayılovun 5503.02 –“Vətən tarixi” ixtisası üzrə “Cümhuriyyət dövründə Azərbaycan bölgələrində ictimai-siyasi proseslər (1918-1920-ci illər)” mövzusunda tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunub.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi