AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşları

02.10.2023 09:51

AMEA Rəyasət Heyəti "Elektron Akademiya" şöbəsi və Mərkəzi Elmi Kitabxananın müvafiq şöbəsinin təşkilatçılığı ilə keçirilən və dünyanın ən tanınmış elektron ensklopediyalarından biri olan Vikipediyada Azərbaycan dilində məqalələrin sayını artırmağa və bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə töhfə verməyə kömək etmək məqasədilə təşkil olunan təlimdə Tarix institutunun əməkdaşları Nigar Camalova, İradə Səfərova, Sevda Quliyeva və Sona Hacıəli uğurla iştirak edərək həm sertifikatla təltif ediliblər.

İnstitutun göstərilən əməkdaşları Vikipediyada bu müddət ərzində Azərbaycan dilində 44 məqalə yaratmış, 150-yə yaxın məqaləni isə təkmilləşdirmişdir. Yaradılan məqalələrdə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, müxtəlif tarixi terminlərin izahını əhatə edən məlumatlar da yer almışdır.

İnstitutun təlimdə iştirak edən əməkdaşları tərəfindən vikipediyada məqalələrin yaradılması və təkmilləşdirilməsi işi davam etdirilməkdədir.

Paylaş: