AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ukraynanın “MƏZUN ENSİKLOPEDİYASI” adlı ensiklopediyasında tarix institutunun əməkdaşı haqqında məlumat verilib

03.10.2023 14:27

Ukraynanın Lesya Ukrainka adına Volın Milli universiteti universitetin 80 illik yubileyi münasibəti ilə “MƏZUN ENSİKLOPEDİYASI” nəşr edilmişdir.Ensiklopediyaya 80 il ərzində universitetin tarix fakültəsini bitirən, həm təhsil dövründə, həm də universiteti bitirdikdən sonra elmi və ictimai-siyasi fəaliyyətində uğurlar qazanmış, universitetin qızıl fondu adlandırılan 500 tarixçi-məzun haqqında məlumatlar daxil edilib.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərəbaycanın Sovet dövrü tarixi” şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasiyev haqqında da “Məzun Ensiklopediyası”nda məlumat verilib.

İkram Ağasiyev 1988-ci ildə Volın Dövlət Universitetini qırmızı diplomla bitirmiş, 1992-1995-ci illərdə Universitetin əyani aspirantura şöbəsində namizədlik dissertasiyası üzrə tədqiqatlar aparmış, 1999-cu ildə “Volın quberniyasında alman koloniyaları (XVIII əsrin sonu-1917-ci ilədək”) mövzusunda dissertasiya müdafiə etmişdir.Professorun 2014-cü ildə Ukraynada “Ümumi tarix” üzrə dərs vəsaiti nəşr olunmuş, Ukrayna və Polşa tarixi ilə bağlı 20-yə yaxın məqalələri çap olunmuşdur.

 

 

Paylaş: