AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı Beynəlxalq konfransda iştirak edib

09.10.2023 13:11

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dos. Zemfira Hacıyeva və Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Nigar Axundova 6-7 oktyabr 2023-cü il tarixində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi” münasibəti ilə “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı beynəlxalq elmi konfransda iştirak etmişlər.

Konfransda Azərbaycanın Bolqarıstandakı Fövqəladə səfiri Hüseyn Hüseynov çıxış etmişdir.

Z.Hacıyeva “Şəki-Ossika. Qafqaz Albaniyasının antik şəhəri” və N.Axundova “Azərbaycan bədii-yaradıcı ziyalıları mədəniyyət vasitəsilə azərbaycançılıq ideologiyasının əsas daşıyıcılarıdır” adlı məruzə ilə çıxış etmişlər.

Konfransda prof.Emil Boyev (Bolqarıstan), prof. Nadya Boyadjiyeva (Bolqarıstan), dos.Valantin Petrusenka (Bolqarıstan), dos.Veneta Yankova (Macarıstan), dos. Teodor Deçev (Bolqarıstan) və başqa alimlər çıxış etmişlər.

Zemfira Hacıyeva Sofiya Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nə özünün müəllifi olduğu 20 kitab və bröşur, Azərbaycan Milli Tarix Muzeyinin mərhum əməkdaşı Tamilla İbrahimovanın kitab və kataloqunu, Nigar Axundova Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Namiq Məmmədovun Norveçdə çap olunmuş 12 qrafik rəsm əsərlərinin nümunələrini, Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi ilə çap olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” (, Nigar Axundovanın müəllifi olduğu “Azərbaycan mədəniyyətinin inkişaf tarixindən (XX-XXI əsrlər)” və s. kitablarını hədiyyə etmişlər.

Konfransda bir sıra Azərbaycan tarixinin müxtəlif sahələrinə dair müzakirələr aparılmış, konfransın sonunda iştirakçılara sertifikat təqdim edilmişdir.

                     

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: