AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix Institutunda “ Gülüstan 210 “ adlı dəyirmi masa keçirilib

13.10.2023 09:50

İlk olaraq tarix institutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, 210 il bundan əvvəl bu gün – 1813-cü ilin 12 oktyabrında Rusiya İmperiyası ilə İran arasında sülh müqaviləsi imzalanıb. Qeyd olunmuşdur ki,1964 -ci il mayın 29-da ö dövrdə Moskvanın göstərişi ilə Azərbaycanda Gülüstan müqaviləsinin 150 illiyi qeyd edilmişdir. Bu tədbirlə bağlı kitabalar, məqalələr yazılmış, Bakıda və Moskvada Azərbaycan və Rusiyanın müdəniyyət günləri keçirilmişdir.Həmin dövrdə bu hadisə Azərbaycanın Rusiyanın tərkibinə könüllü daxil olması kimi qeyd olunmuşdur. Lakin 1991-ci ildə Azərbaycan müstəqlliyini bərpa etdikdən sonra həm Gülüstan, həm də Türkmənçay müqavilələri verilən qiymət tam fərqli olmuşdur. Artıq Azəbayacan tarixşünaslığında, ictimai fikrində bu müqavilələrin əsas nəticəsi Azərbaycan torpaqlarının işğalı, parçalanması kimi qiymətləndirilir.

Daha sonra tarix üzrə fəlsəfə doktoru,dosent Hacı Həsənov çıxış edərək qeyd edib ki, Qarabağın Gülüstan kəndində 1-ci Rus-Qacar müharibəsinin nəticəsi olaraq müqavilə imzalanır.Bu müqaviləyə əsasən Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyaya birləşdirilirdi. Bundan əlavə Qacarlar dövləti Şərqi Gürcüstanın və Dağıstanın Rusiya imperiyası birləşməsini tanıyırdı. 1813-cü ildə Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanmış Gülüstan müqaviləsi 1805-ci ildə Rusiya ilə Azərbaycanın Qarabağ, Şəki və Şırvan xanlıqları arasında bağlanan ikitərəfli müqavilələrin kobud şəkildə pozulması demək idi. Beləliklə Gülüstan müqaviləsi ilə iki böyük dövlət üçüncü tərəfin -Azərbaycan dövlətlərinin müstəqilliyinə son qoyaraq, onların torpaqlarını öz aralarında bölüşdürmüşdülər.

Mövzu ətrafında aparılan müzakirələrdə tarix üzrə fəlsəfə doktoru,dosent Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru ,dosent Zeynəb Qafarova,tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev,tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədov çıxış edərək iclas iştirakçılarının suallarına cavab verdilər.

                                          

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: