13.10.2023 10:25
06-09 oktyabr 2023-cü il tarixlərində “Azərbaycanın e.ə. IV – eramızın VII əsrinin ortaları tarixi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, şöbənin kiçik elmi işçi Fidan Şahmalıyeva və böyük laborantı Jalə Əhmədova, “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa, “Tarixi etnoqrafiya” şöbəsinin əməkdaşı İsmayıl Umudlu “Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində ölkənin Qazax və Ağstafa rayonları ərazisində elmi ezamiyyətdə olmuşlar. Səfər müddətində qarşıya qoyulan başlıca məqsədlər Albaniyanın tarixi coğrafiyası ilə tanışlıq, xüsusən onun şimal-qərb sərhədlərinin qaynaqlardakı təsvirlərlə paralelinin aparılması, bu ərazilərdə alban dövrü tarix və memarlıq abidələri ilə tanışlıq olmuşdur. Ezamiyyət müddətində onlar ilk öncə Ağstafa rayonu ərazisindəki Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olmuş, qoruğun direktoru Musa Mursaquliyev onları binada sərgilənən arxeoloji materiallarla tanış etmiş, bölgənin alban dövrü memarlığı barədə məlumat vermişdir. Daha sonra ezam olunan qrup plan üzrə Ağstafa, Qazax tarix-diyarşünaslıq muzeyində olmuş, buradakı alban dövrü keramika nümunələri, xaçdaşlar, məişət əşyaları ilə tanış olmuşlar.
Ezamiyyət müddətində tədqiqatçılar Musa Mursaquliyevin müşayiəti ilə Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən müxtəlif tarixi abidlərlə, həmçinin, yeni aşkarlanmış Qarasov kurqanları ilə tanış olmuş, eyni zamanda, Aveydağ tarix-memarlıq qoruğu ərazisinə daxil olan Damcılı mağarası, Göyəzən dağının ətrafında olan antik və orta əsrlərə aid yaşayış yerləri, qala və qala divarlarının qalıqları və digər abidələrlə tanış olmuşlar.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi