16.10.2023 11:45
AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya institutunun “Müasir dövr etnoqrafiyası” şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru,dosent Könül Əsədlinin “XIX – XX əsrin əvvəllərində Şirvan bölgəsinin mədəni irsi” adlı yeni monaqrafiyası çapdan çıxıb.
Kitabda Uzun tarixi dövr ərzində böyük inkişaf yolu keçmiş,yüksək sənətkarlıq cizgilərini özündə ehtiva edən Şirvan bölgəsinə məxsus maddi və mənəvi mədəniyyət elementlərinin tədqiqi göstərir ki, bu mədəniyyət Azərbaycan xalqının mədəniyyəti sahəsində baş verən mühüm yeniliklərin intişar etməsində əhəmiyyətli dərəcədə rol oynamış,zəngin Azərbaycan mədəniyyətinin formalaşmasında önəmli yer tutmuşdur.
Mövcud elmi araşdırmalar, dəyərli mənbələr və ümumiləşdirilmiş əsərlər deməyə əsas verir ki,Şirvan ərazisi qədim mədəniyyət mərkəzlərindən biri olaraq zəngin və çoxəsirlik mədəniyyəti ilə nəinki Azərbaycanda ,eləcə də qədim Şərqin mədəni həyatında ənənəvi rolunu və əhəmiyyətini itirməmişdir.Əsərdə bölgənin mədəni irsi şərh olunmuş ,geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi