AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda tanınmış qazaxıstanlı alimlə görüş keçirilib

16.10.2023 12:42

Görüşü giriş sözü ilə AMEA A. A. Bakıxanova Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açıb.

O, qonağı təqdim edərək qeyd etmişdir ki, Jambıl Omaroviç Artıkbayev tarix elmləri doktoru, L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin "Avrasiya" Elmi - Tədqiqat Mərkəzinin baş elmi işçisi, "Arxeologiya və etnologiya" kafedrasının professorudur.

Qazaxıstanlı alim xalqının tarixinə dair bir sıra mühüm elmi əsərlərin müəllifidir. Onların arasında “XV_XVII əsrlərdə Qazax cəmiyyəti : imperiyadan milli dövlətə qədər, “XVIII əsrdə Qazax cəmiyyəti: cəngavərlik dövrü”, “XIX əsrdə Qazax cəmiyyəti: ənənələr və yeniliklər”, “Avrasiya köçəriləri minilliklərin kaleydoskopunda”. Sonra söz Jambıl Artıkbaevə verildi. Professor öz tədqiqatlarının məzmunu barədə ətraflı məlumat verərkən qeyd etmişdir ki, xalqlarımız ümumi etnik, dini və mədəni köklərə malikdirlər. Bu əlaqələr qədim dövrlərə gedib çıxır.

Qonaq qeyd etdi ki, Azərbaycan və Qazax xalqları son bir neçə əsrdə Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduqları dövrdə tarixlərinin ən faciəli səhifələrini yaşamışdılar: onların tarixi torpaqları bölünmüşdü, hər iki xalq ruslaşdırma siyasətinə, deportasiya və repressiyalara məruz qalmışdır. Müstəqilliklərini bərpa etdikdən hər iki dövlət müstəqil siyasi, iqtisadi və mədəni inkişaf yoluna qədəm qoymuşdular. Bu, iki respublikanın alimləri arasında elmi əlaqələrin inkişafında da öz əksini tapmışdır.

Sonra görüşdə iştirak edən institut əməkdaşları qazaxıstanlı alimə öz suallarını verdilər və onlar ətrafında elmi diskussiya aparıldı.

        

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: