AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda“Türk xalqlarının etnoqrafiyası” şöbəsi “HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI” mövzusunda Dəyirmi masa keçirib

17.10.2023 12:20

İlk olaraq Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev türk xalqlarının mədəni zənginliklərindən, qardaş respublikalar arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən bəhs edib. Türk xalqlarının birliyinə xüsusi önəm verən Ulu Öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşmışdır deyə qeyd edib.

Daha sonra "Türk xalqlarının etnoqrafiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “Heydər Əliyev və Türk Dünyası” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Heydər Əliyev keçmiş sovet respublikaları, xüsusilə də türk respublikaları ilə əlaqələrin inkişafında maraqlı idi. Dünyada yaranan birliklər müxtəlif əsaslara söykənir, din birliyi, ərazi birliyi, etnik kök birliyi, hərbi birliklər və s. Təbii ki, dış güclərə qarşı Azərbaycan təkbaşına mücadilə edə bilməzdi. İran, Rusiya kimi iri qonşular tarixən olduğu kimi, indi də zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycanın bu sərvətlərdən müstəqil istifadə etməsinə imkan vermək istəmirdilər. Bunu “Əsrin müqaviləsi”nin imzalanmasına hazırlıq zamanı da gördük... Üstəlik də Heydər Əliyev Moskvada işlədiyi müddətdə ona türk və müsəlman olaraq göstərilən münasibətdən də nəticə çıxartmışdır. Avropa Şurasına girmək, qərb ölkələri, ABŞ ilə münasibətləri normallaşdırmaq vacibdir, lakin arxalana biləcəyin ölkələr qanı ilə, canı ilə sənə yaxın olmalıdırlar. Məhz bu səbəbdən də hələ Naxçıvanda olarkən Heydər Əliyev Türkiyə ilə münasibətləri yeni müstəviyə qaldırmışdır. Sovetlər Birliyi zamanında işi ilə əlaqədar Türkiyə Respublikasına yaxından bələd olan Heydər Əliyevin XX əsrin əvvəllərində ölkənin ağır vəziyyətində güclü əzm, fədakarlıq və iradə nümayiş etdirərək müstəqil və müasir Türkiyə Cumhuriyyətini quran Atatürkə böyük hörmət və ehtiramı var idi. XX əsrin sonlarında Azərbaycanın hər tərəfdən düşmənlərlə əhatə olunduğu bir vaxtda məlum 20 Yanvar hadisələrindən sonra Naxçıvana gələn Heydər Əliyevin üzünü Türkiyəyə doğru tutması da təsadüf deyildi. Bunu biz Türkiyədə Heydər Əliyevə “Atatürk Sülh Mükafatı”nın verildiyi vaxtı söylədiyi nitqindən də görürük: “Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq olacağam.”

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Türkiyə Respublikasında üç dəfə rəsmi, iki dəfə qeyri-rəsmi, on beş dəfə işgüzar səfərdə olmuşdur. Bu da onun qardaş ölkə ilə əlaqələrə nə qədər önəm verdiyindən xəbər verir. Heydər Əliyevin Türkiyə Respublikasına ikinci rəsmi səfəri zamanı (5-8 may 1997-ci il) görüşlər və danışıqlarda səkkiz sənəd imzalanmışdır. Onların arasında strateji əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı Müqavilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə çıxmasına təkan verdi. Bu da Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəllə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi rəhbərlik etdikləri ölkələrin gələcək əməkdaşlığına böyük töhfələri oldu.

Bu əlaqələr tək Süleyman Dəmirəl dövründə deyil, sonrakı dövlət başçılarının dövründə də davam etdirilmişdir. 12-17 март 2001-ci ildəTürkiyənin 10-cu Cumhurbaşqanı Əhməd Necdət Sezərin dəvətilə Azərbaycan Prezidenti Heydər Əliyevin qardaş ölkəyə növbəti səfəri zamanı bir sıra sənədlərə imza atıldı, bundan sonra da, xüsusilə iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı istiqamətində gələcəkdə yeni-yeni perspektivlərə yol açan müqavilələr bağlandı...

Müqavilə ilə bağlı o çətin illərdə Türkiyədə tez-tez baş verən hökumət dəyişikliyi Heydər Əliyevi tutduğu əsas yoldan yayındırmır, əslində o, daha böyük əzm və inadla qarşısına qoyduğu məqsədlərə çatmağa çalışırdır. İran və Rusiyanın ciddi qarşı çıxdığı Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasını tamamlamaq onun xalqı üçün miras qoyacağı ən önəmli layihələrdən biri, bəlkə də birincisi idi. Ona görə də o, Türkiyə Respublikasında keçirilən seçkiləri, baş verən dəyişiklikləri ciddi izləyir, yeni hökumətlə əməkdaşlığın yollarını götür-qoy edirdi. 2002-ci ilin noyabr seçkiləri də bunlardan biri idi...7 yanvar 2003-cü ildə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəp Tayyib Ərdoğanı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək 2002-ci ilin noyabr ayının 3-də Türkiyədə keçirilən seçkilərdə qazandıqları uğura, xalqın verdiyi 34,4% səslə parlamentdə 66%-lə təmsil olunduqlarına görə Rəcəb Tayyib Ərdoğanı təbrik edən Heydər Əliyev o günün Türkiyəsi və Azərbaycanla əlaqələri ilə bağlı demişdir: “...Türkiyə Cümhuriyyəti dünyanın böyük ölkələrindən biridir. Türkiyə Cümhuriyyəti inkişaf etmiş bir dövlətdir, demokratik ölkədir, bazar iqtisadiyyatı yolu ilə gedən ölkədir. Uzun illər NATO-nun tərkibində olan bir ölkədir. Belə bir ölkənin hökuməti, təbiidir ki, gərək dinamik olmağa qadir olsun... Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, dostluq, qardaşlıq əlaqələri əvvəldən olubdur. Təbiidir, bizim dərin köklərimiz məlumdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə həmişə Azərbaycanın ən yaxın dostu, qardaşı olubdur. Bu gün də belədir. Artıq biz bir-birimiz ilə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk. Elə bir sahə yoxdur ki, bizim orada əməkdaşlığımız olmasın.

“Bir millət-iki dövlət” - vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən deyilmiş bu sözlər bu gün iki ölkə münasibətlərinin bütün sahələrində öz təsdiqini tapır.

Heydər Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatıstanla da əaqələrin inkişafında böyür rol oönamışdır.

İqtisadi maraqların dünyanı idarə etdiyi bir vaxtda Azərbaycanın digər türk dövlətərilə münasibətləri yalnız öz mənafelərini önə sürən, hər şeyə korporativ maraqlar prizmasından yanaşan ölkələrə əsl örnəkdir.

Sonda Heydər Əliyev və “Kitab-i Dədəd Qorqud” filmindən parça izlənildi.

_______________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: