AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşı elmi ezamiyyətdə olub.

18.10.2023 10:33

28 sentyabr - 2 oktyabr 2023-cü il tarixlərində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin a.e.i., t.ü.f.d, dosent, Fulbrayt elmi tədqiqatçısı Pərvin Ahənçi Litva soyqırım və müqavimət araşdırma Mərkəzinin (LSMAM) rəsmi dəvətilə Vilnüs şəhərində ezamiyyətdə olub.

Vilnüs şəhərinin Tuskulenai Sülh Parkında təşkil edilmiş “Soyqırımlar: keçmişin və müasir zamanın gerçəklikləri” mövzusunda Beynəlxalq elmi konfransda “Dağlıq Qarabağda müharibə və etnik təmizləmə şahid və tədqiqatçı müstəvisində” adlı məruzə ilə çıxış etmişdi. Konfransda Litva Respublikasının rəsmi nümayəndələri, Azərbaycan, Almaniya, Litva, Polşa, Rusiya, Ukraynadan tədqiqatçı alimlər iştirak ediblər.

P.Ahənçinin konfransda təqdim etdiyi prezentasiya Azərbayacanın beynəlxalq aləmdə Qarabağ münaqişəsi və müharibəsi ilə bağlı obyektiv olaraq mövqeyini sərgiləməsində müəyyən dərəcədə öz töhvəsini verdi.

_______________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: