AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçrilib

20.10.2023 15:30

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunda 3. İradə Nizam qızı Avşarovanın 5505.02 – “Arxeologiya” ixtisasında tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın maddi- mədəniyyətində bədii, mifoloji xüsusiyyətlər və simvolik motivlər (eneolit-tunc dövrləri)” mövzusunda dissertasiya işinin müdafiəsi təşkil olunub.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: