AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı Beynəlxalq konfransda iştirak edib

23.10.2023 15:05

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikasının Tarixi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d, dos. Axundova Nigar Rəşid qızının Varşava Universitetinin təşkil etdiyi Beynəlxalq konfransda “Polşa və Türk dünyası” iştirak etmişdir. 18 oktyabr 2023-cü ildə Varşava Universitetinin Avropa mərkəzində dr Matgorzata Pacek, Dr hab. Danuta Chmielowska, drAgnieszka Chmielewska, doc. Dr Artur Adamcyzk ilə görüşdə təqdimat etmişdir. Çıxış “Azərbaycan mədəniyyəti XX-XXI əsrlərdə” mövzusunda olmuşdur.

19 oktyabr 2023-cü il Türkiyə səfirliyinin təşkil etdiyi “Türkiyə-Polşa əlaqələri (1923-2023)” mövzusuna həsr olunmuş konfransda iştirak etmişdir. Elə həmin gün Varşava Universitetinə qonaq mühazirəçi kimi dəvət olunmuş və Qarabağın mədəniyyəti haqqında, I-II Qarabağ müharibəsi haqqında mühazirə təqdim etmişdir. Qazaxıstan, Türkiyə və s. ölkələrin alimləri ilə görüşdə iştirak etmişdir və Türkologiya Departamentinin başçısı dr hab. Agata Bareja-Starzynska ilə danışıqlar aparmışdır. 20 oktyabr “Polşa və Türk dünyası” konfransında iştirak etmişdir, “Azərbaycan timsalında Polşanın və Türk dünyasının mədəni-elmi əlaqələri XX əsrin sonu - XXI əsrin əvvəllərində” çıxış etmişdir. Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Nərgiz Qurbanova nümayəndə heyəti ilə görüşmüşdür. Konfransın sonunda sertifikatlar təqdim olunmuşdur.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: