24.10.2023 11:01
23 Oktyabr tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda Beynəlxalq elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə tarix institutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev açaraq bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımların böyük rolu var.
Daha sonra AMEA Tarix institutunun elmi məsləhətçisi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli “Osmanlı imperiyasından Türkiyə Cümhuriyyətinə tarixi yol”, T.C. Arşiv ve Askeri Tarih Daire Başkanlığı Arşivi, Doç. Dr. Güzin Çaykıran “Milli Mücadele ve Cumhuriyetin Doğuşu”, AMEA Tarix institutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov “Anadolu hərəkatı və Azərbaycan” , T.C. Ege Univetsitetinin Türk Dünyası Araştırmaları Enstitüsü Türk Dünyası Sosyal, Ekonomik ve Siyasal İlişkiler Anabilim Dalı Başkanı, professor Vəfa Qurban “Şuşanın mədəni mirasından bir örnək: Çöl Kale Mescidi , AMEA Tarix institutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova Yaqut Əmirova “Türkiyənin istiqlal mübarizəsinə Sovet Azərbaycanının maddi və mənəvi yardımı”, AMEA Tarix institutunun Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin Azərbaycanın tarixi demoqrafiyası elmi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova “Sovet İttifaqından olan türk əsilli köçkün və qaçqınlarla bağlı Türkiyə Cümhuriyyətinin tədbirləri (1923-cü ildən 1947-ci ilədək)”, AMEA Tarix institutunun Respublika tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “Müstəqillik illərində təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri (1993-2003-cü illər)”, AMEA Tarix institutunun Beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə “Türkiyənin dəstəyinin Vətən müharibəsində qələbəmizin həlledici amillərindən biri kimi”, Tarix institutunun doktorantı Gülnar Paşayeva “Azərbaycanda internetin formalaşması və inkişafında Türkiyə Respublikasının rolu” adlı məruzələrlə çıxış edərək qeyd ediblər ki, Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibəti mövcud olub. Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsi olaraq daha yüksək səviyyədədir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin bütün Türk dünyasına nümunə olduğunu qeyd edərək, prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıblar.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi