31.10.2023 10:54
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 30 oktyabr 2023-cü il tarixində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsilə bağlı “Şuşada bərpa və quruculuq işləri: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.Kondransda institutun əməkdaşları və tələbələr iştirak edib.
İlk öncə Tarix və Etnologiya institutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyiv çıxış edərək qeyd edib ki, Şuşa işğaldan azad edildikdən sonra burada bərpa-quruculuq işləri və nfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Daha sonra tarix elmləri doktoru,professor Mais Əmrahov “Şuşanın işğaldan azad edilməsinin hərbi-strateji əhəmiyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının dövlətçilik və müstəqillik tarixində şərəfli bir səhifə olan 44 günlük Vətən müharibəsi zamanı böyük Zəfərə aparan yolda alda edilmiş möhtəşəm uğurlardan biri, heç şübhəsiz ki, Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Çünki məhz Şuşa şəhərinin erməni işğalından azad edilməsi Qarabağda aparılan müharibənin taleyini həll etdi, böyük və tarixi Zəfərin yolunu açdı. Bu şəhərin yenidən Azərbaycanın ayrılmaz parçasına çevrilməsi ilə bölgədə hərbi-strateji üstünlüyün ələ alınması da təmin edildi. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır.
Şuşa şəhərin ərazisi qədim abidələrlə zəngin idi. Yerləşdiyi coğrafi məkana görə Şuşa şəhəri işğaldan azad edilmədən digər ərazilərin azad edilməsi işini bitmiş hesab etmək olmazdı. Yalnız bu şəhərə hakim olmaqla bütün Qarabağın azadlığa qovuşmasını təmin etmək olardı. Bu mənada, Azərbaycanın işğal altında olan ərazilərinin tam azad edilməsi yolu Şuşa şəhərindən keçirdi. Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, respublikanın ərazi bütövlüyünün təmin edilməsi 44 gün davam edən Vətən müharibəsində əsas məqsəd olsa da, bu yolda başlıca hədəf Şuşa şəhərinin işğaldan azad edilməsi idi.
2020-ci il noyabr ayının 8-i Azərbaycan tarixinə Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi kimi yazıldı. Bu şərəfli və qürurlu tarix münasibətilə elə noyabr ayının 8-də Prezident İlham Əliyev əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi, tarixi qələbənin sevincini bölüşmək üçün Şəhidlər xiyabanından radio va televiziya ilə Azərbaycan xalqına müraciət etmişdir.
Noyabrın 10-da gecə imzalanmış Bəyanat Ermə¬nis¬tanın qeyd-şərtsiz təslim olduğunu dünyaya bəyan etməklə Azərbaycan “siviliza¬-siyaların toqquşmasından” qalib çıxdı, suverenliyi və ərazi bü¬tövlü-yünün toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini ka¬ğız üzə¬rindən gerçək həyata köçürdü. Noyabrın 8-i – Şuşanın işğaldan azad edildiyi gün, noyabrın 10-u isə Vətən mühari¬bə¬sinin başa çatdığı gün kimi Azərbaycan tarixinə düşdü.
Qədim tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağ bölgəsi Azərbay¬ca¬nın tarixi coğrafiyasinin mühüm hissəsidir. Qarabağ bölgəsi Azərbaycan xalqının milli mə¬də¬niy¬yəti tarixində müstəsna yer tutur. Qarabağ milli klassik musiqinin vətənidir. Dünya musiqi sə¬nəti xəzinəsini zənginləşdirən muğam, xalq mahnıları, aşıq musiqisi Azərbaycanın mədəniyyət xa¬dimlərinin yaradıcılığında şərəfli yer tutur. Nəfis memarlıq abidələri - məscidlər, məbədlər, sa-raylar, alban xristian kilsələri, körpülər, türbələr, xanəgahlar, karvansaraylar və qalalar xalqımızın bədii mədəniyyətinin bir növ “genofondu”nu formalaşdıraraq onun zəngin irsini təşkil edir.
Sonra tarix üzrə fəlsəfə doktoru ,dosent Nigar Axundova “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır”, tarix üzrə fəlsəfə doktoru ,dosent Alı Balayev “İşğaldan azad edilmiş Şuşada bərpa və quruculuq işləri Böyük Qayıdışın tərkib hissəsidir”, tarix üzrə fəlsəfə doktoru ,dosent Gülnaz Mahmudova “Şuşada təhsilin inkişaf perspektivləri” mövzusunda çıxış ediblər.
Çıxışlardan sonra Mais Əmrahov tələbələri kitab sərgisi ilə tanış edərək, Tarix İnstitutunun əməkdaşlarının kitabları haqqında məlumat vermişdir.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi