AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçi alimin məqaləsi İtaliyada nəşr edilib

01.11.2023 14:34

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əhməd Quliyevin "Travelling across cultures: Some aspects of the Safavid envoys’ travels to Venice” (“Mədəniyyətlər boyu səyahət: Səfəvi elçilərinin Venesiyaya səfərlərinin bəzi cəhətləri”) adlı məqaləsi (http://doi.org/10.30687/AnnOr/2385-3042/2023/01/003) Venesiyanın Ka’ Foskari Universitetinin “Annali di Ca' Foscari-Serie orientale” jurnalının 2023-cü il, 59-cu sayında dərc edilmişdir.

Sözügedən jurnal “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxildir.

Məqalədə Səfəvi elçilərinin Venesiyaya səfərləri zamanı üzləşdikləri çətinliklər, Osmanlı faktorunun səfərlərin təşkili və həyata keçirilməsinə təsiri araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Səfəvilərin Venesiyaya ilk ticarət missiyası indiyənə kimi tarixşünaslığa məlum olduğu kimi 1600-cü ildə deyil, 1597-ci ildə həyata keçirilmişdir.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: