AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya institutunda Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfrans keçiriləcək

04.11.2023 11:02

AMEA. A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu“Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin təşkilatçılığı ilə 15 dekabr 2023 cü il üçün nəzərdə tutulmuş akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Akademik Ziya Bünyadov: müharibə və elm cəbhəsinin qəhrəmanı” adlı respublika elmi konfransı

Məruzə mətninə verilən tələblər: Mətn MS Word redaktorunda, A4 formatında, 14 olçülü, Times New Roman şrifti ilə, sətirlərarası 1,5-lik interval gözlənilməklə yığılmalıdır. Məruzə 400 kəliməni keçməməlidir.

Mətnin sol başlığında ORCID göstəricisi, bir sətr aşağı sağ tərəfdən kiçik və tünd şriftlə müəllifin ad və soyadı, onun altında kiçik hərflə, kursivlə iş yeri, elmi dərəcəsi, elmi adı (əgər varsa), növbəti sətirdə isə elektron ünvanı göstərilməlidir. Bir sətir buraxıldıqdan sonra, ortada hamısı böyük və tünd şriftlə məruzənin adı verilməlidir. Daha sonra iki sətir buraxılmaqla əsas mətin yerləşdirilməli, bir sətr sonra isə açar sözlər yazılmalıdır.

Konfransa bağlı məruzələri qasimovaarzu656@gmail.com emailinə göndərməyiniz xahiş olunur.

Məruzələrin son qəbul tarixi 05.12.2023-cü ilə qədərdir.

Əlaqə nömrəsi: 055-271-05-03

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: