06.11.2023 16:40
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 6 noyabr 2023-cü il tarixində “II QARABAĞ MÜHARİBƏSİNDƏ TARİXİ ZƏFƏR” adlı konfrans keçirlib.
Konfransda tarix və etnologiya institutunun əməkdaşları və birinci Qarabağ döyüşlərində döyüşlərində itgin düşmüş şəhid Mirzəyev Bafadar Əsədulla oğlunun anası Mirzəyeva Səkinə, birinci Qarabağ müharibəsi veteranları Bəhramov Yaşar Əmirvar oğlu , Əhmədov Bəxtiyar və Orucov Soltan , Vətən müharibəsi qaziləri Polkovnik Həmidov Məhərrəm , gizirlər Maqsudlu Xəzər, Həbibov Emin ,çavuş Zeynallı Qüdrət,əsgər Məmmədov Murad iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru , tarix elmləri doktoru İlqar Niftəliyev qeyd edib ki, sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib. Bu Qələbə xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını dünyaya göstərdi. Biz Zəfərimizlə sonsuz qürur duyuruq. İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir.
Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri də tədbirdə çıxış edərək, keçdikləri döyüş yolu və müharibə dövründə gördükləri, yaşadıqları hadisələri bölüşüblər. Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildiriblər.
Daha sonra Mais Əmrahov “44 günlük zəfər tariximiz” adlı məruzə ilə çıxış edib.M.Əmrahov qeyd edib ki, 44 günlük II Qarabağ-Vətən müharibəsi kimin kim olduğunu ortaya qoydu. Ədalət müdafiəçiləri ilə qərəzkarların, beynəlxalq hüquqdan çox dini təəssübkeşliyi “bayraq edənlərin” cəbhəsini müəyyənləşdirildi.
Ermənistanın Azərbaycana qarşı yeni hücumuna ilk etirazını bildirən Türkiyə Cümhuriyyəti oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində türk millətinin hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu qeyd etdi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, Ədliyyə naziri Əbdülhəmid Gül, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri Sinan Oğan Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təxribat xarakterli hücumu şiddətlə qınadı.
Bu savaşın gedişi zamanı biz Türkiyədən başqa, Qazaxıstan, Qırğızıstan, Özbəkis-tandan da Azərbaycana qarşı məhəbbət və hörmətini ifadə edən adamlar gördük. Avropa Azərbaycanlıları koordinasiya şuraları, Avstriya, İsrail, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Avstraliya İttifaqı, Yeni Zelandiya, Misir Ərəb Respublikasında yaşayan azərbaycanlılar da bəyanatla çıxış etmişdilər.
Respublikada fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, Qafqaz Müsəlman¬ları İdarəsi, Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın təxribatları ilə bağlı bəyanat yaymışlar.
BMT -nin və Avropa İttifaqının mövqeyi Azərbaycanda formalaşan “Arxadan atılan daş topuğa dəyər” zərb-məsəlini xatırlatdı. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan xalqının birliyinin nümayişi oldu. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında hər il üçün 27 sentyabr Anım Günü, 8 noyabr Zəfər Günü kimi təsis edildi. Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi. Ölkə Prezidenti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzalamışdır. “Vətən Mü¬haribəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, ayrı-ayrı ərazilərin azad olunmasına görə medallar təsis edildi. Döyüşlərdə iştirak etmiş minlərlə hərbçi müxtəlif orden, medal və fəxri adla təltif edilmişdir. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması nəzərdə tutuldu.
2020-ci il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möh¬təşəm Qələbəsinə həsr olunmuş “Zəfər Paradı”nda ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi.
44 günlük II Qarabağ - Vətən müharibəsində Azər¬baycanın qələbəsini ön və arxa cəbhədə bir sıra amillər təmin etdi. Birinci amil 27 sentyabrda başlanmış 44 günlük Vətən müharibəsində Azərbaycanın qə¬ləbəsini şərtləndirən, Zəfəri təmin edən başlıca faktor Azərbaycan Res¬pub¬likasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin vaxtında müəyyən¬ləşdirdiyi düzgün döyüş strategiyası oldu.
44 günlük Vətən müharibəsində bizə qələbə qazandıran ikinci amil müzəf¬fər ordumuzun əsgər və zabitləri oldu. Nəhayət, qələbənin təmin olunmasını şərtlən¬dirən üçüncü amil ölkəmizdəki milli birlik, həmrəylik oldu. Siyasi baxış¬larından, milli və dini mənsubiyyətindən asıllı olmayaraq bütün xalq birləşərək Ali Baş Komandanın Dəmir yumruğuna çevrildi və düşməni döyüş meydanında məhv etdi.
44 günlük Vətən müharibəsi gedişində Azərbaycan xalqı İlham Əliyevin ötən 17 il ərzində hələ də büruzə vermədiyi keyfiyyətləri gördü, kəşf etdi. Biz İlham Əliyevi bu 44 gündə yenidən tanıdıq və anladıq ki, onunla qürur duymaqda, iftixar hissi keçirməkdə əsla yanılmamışıq. Bir əsrə bərabər 44 günün kəşf etdiyi bu keyfiyyətlər Azərbaycan Prezidentinin təvazökarlığını bir daha sərgilədi.
2020-ci ilin noyabr ayının 10-da Üçtərəfli bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan imzasına hörmət etməyərək öhdəliklərini yerinə yetirmək əvəzinə Qarabağda qalmış seraratçıları silahlandırmaqla məşğul oldu. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlığına baxmayaraq 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamağa məcbur oldu. Tədbirlər çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Görülən antiterror tədbirlərinin hədəfi qanunsuz hərbi birləşmələri və hərbi infrastruktur oldu. Nəticədə terrorçulardan azad edilmiş ərazilərimizdə reinteqrasiya prosesinin sürətlənməsinə şərait yarandı və Azərbaycan dövlətinin irəli sürdüyü şərtlər əsasında proses başlandı.
Sonra Alı Balayev “Qarabağın dağlıq hissəsində 23 saatlıq antiterror tədbirləri: nəticələr və qarşıda duran vəzifələr”, “Soltan Orucov- İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri” adlı məruzələrlə çıxış ediblər.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi