AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bakı Ekspo Mərkəzində Tarix və Etnologiya İnstitutunun iki kitabının təqdimatı keçirilib

13.11.2023 16:10

13 noyabr tarixində IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “XIX –XX əsrin əvvəllərində İravan şəhərlərinin tarixindən” və “ История Азербайджана в армянской исторической публицистике и историографии:фалъсификация и правда” kitablarının təqdimatı keçirildi.

             

Təqdimatda tanınmış tarixçilər,kitabların müəllifləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Tarix və Etnologiya institutunun baş direktoru,tarix elmləri doktoru Kərim Şükürov “XIX –XX əsrin əvvəllərində İravan şəhərlərinin tarixindən”kitabından danışaraq bildirdi ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvan şəhərinin tarixinin öyrənilməsinə və təbliğinə böyük önəm verilir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, indiki Ermənistan ərazisi olan İrəvan tarixi Azərbaycan torpağıdır.

Daha sonra Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prizidenti Məmmədov Rüstəm həmin fondun sifarişi ilə hazırlanan “ История Азербайджана в армянской исторической публицистике и историографии:фалъсификация и правда” kitabın əhəmiyyətindən bəhs edib və müəlliflərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki,“XIX –XX əsrin əvvəllərində İravan şəhərlərinin tarixindən”kitabının ümumi redaktoru tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, elmi redaktorları tarix üzrə fəlsəfə doktoru,dosent Zeynəb Qafarova və tarix üzrə fəlsəfə doktoru,dosent Sevinc Mustafayevadır. “ История Азербайджана в армянской исторической публицистике и историографии:фалъсификация и правда” kitabının tərtibatçısı Kərim Şükürov,elmi redaktoru İlqar Niftəliyevdir.

                  

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: