17.11.2023 09:49
Azərbaycan Respublikasının Tarixi şöbəsinin t.ü.f.d., dosent Nigar Rəşid qızı Axundova 16 noyabr 2023-cü il tarixində Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Mərkəzi Asiya xalqlarının etnotarixi prosesləri: dünən və bugün” adlı beynəlxalq elmi-praktiki konfransda “Mədəniyyət və mənəvi dəyərlər Azərbaycan dövlətçiliyinin əsası kimi (Gəncənin mədəniyyət tarixinin nümunəsində)” adlı məruzə ilə çıxış etmişdir.
Məruzəçi Azərbaycanın zəngin mədəniyyətindən, mənəvi dəyərləri haqqında danışmışdır. Xusüsən Gəncə şəhərinin mədəniyyət tarixindən bəhs etmişdir. Bu zaman Gəncəni mədəniyyətin, elm və təhsilin mərkəzi kimi qələmə vermişdir. Eyni zamanda Gəncə şəhərinin görkəmli ədəbiyyat ustalarından, rəssamlarından, heykəltaraşlarından, şairlərindən, şəhərin memarlığından, musiqiçilərindən bəhs etmişdir.
Müəllif vurğulamışdır ki, Azərbaycanın bütün bölgələrində mədəniyyət və mənəvi dəyərlərin inkişafı demokratik dövlətin inkişafında əsas faktorlardan biridir.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi