AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib

17.11.2023 13:35

17 noyabr tarixində Aygün Məhərrəm qızı Nəzərəliyevanın 5102.01- “Etnoqrafiya və etnologiya” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda yaşayan Avropa yəhudilərinin müasir etnomədəni dinamikasının xüsusiyyətləri” mövzusunda və Aygün Raqif qızı Qədirovanın 5102.01- “Etnoqrafiya və etnologiya” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın Mingəçevir və ətraf bölgələrinin maddi mədəniyyəti (etnoqrafik tədqiqat)” mövzusunda təqdim etdikləri dissertasiya işinin müdafiəsi təşkil olunub.
                    
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.


__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi


 

Paylaş: